Menyu

ABŞ 2024-cü ildə Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır

ABŞ 2024-cü ildə Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır

ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda qurudan orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti ABŞ-nin Hind-Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillipsə istinadən məlumat yayıb.

Gözlənilir ki, bu cür silahlar "Çinin çəkindirmək" üçün peyda olacaq. Söhbət Standard Missile-6 (SM-6) raketinin və ya Tomahawk qanadlı raketinin yerüstü versiyasından gedir. Bu raketlərin uçuş məsafəsi 500 ilə 2,7 min km arasında dəyişir.

Phillips bu cür raketlərin yerləşdiriləcəyi dəqiq vaxtını və yerini açıqlamayıb. Lakin ekspertlərin fikrincə, söhbət ilk növbədə Amerikanın Quamdakı bazalarından gedir. "Nikkei"nin sözlərinə görə, ABŞ-nin təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirdiyi Yaponiya və Filippin regionda silahlı münaqişə baş verəcəyi təqdirdə Çinin hədəfinə çevrilməkdən ehtiyat etdikləri üçün öz ərazilərində Amerikanın yeni hərbi imkanlarını qəbul etmək istəmirlər.

Eyni zamanda, daha əvvəl Yaponiyanın " Sankei" qəzeti mənbələrinə istinadən xəbər verib ki, Vaşinqton bir neçə il əvvəl Yaponiyada yerüstü orta mənzilli raketlərin - LRHW və ya Tomahawk-ın yerləşdirilməsi üçün zəminləri araşdırmağa başlayıb. Həm daimi, həm də rotasiya əsasında yerləşdirmə üçün ilkin yer Şərqi Çin dənizinə baxan Kyuşu adası olub.


 

Teqlər:

"AB\u015e 2024-c\u00fc ild\u0259 Asiyada orta m\u0259nzilli raketl\u0259r yerl\u0259\u015fdirm\u0259yi planla\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər