Menyu

Mikayıl Cabbarov FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Mikayıl Cabbarov FAO-nun Azərbaycandakı nümayəndəsi ilə görüşüb - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatla görüşüb.

İqtisadiyyat naziri Azərbaycan və FAO arasında səmərəli tərəfdaşlığın iqtisadiyyatın bir sıra sahələrinə, o cümlədən kənd təsərrüfatının və qida təhlükəsizliyinin gücləndirilməsinə, təbii resursların səmərəli idarə edilməsinə töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, birgə həyata keçirilən layihələr kənd yerlərinə sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılmasına, aqrar məşğulluğun artmasına təkan verir.

Muhammad Nasar Hayat Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri olduğunu bildirib. Qurum rəsmisi digər sahələr üzrə birgə proqramların reallaşdırılması, o cümlədən kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, qarşılıqlı işbirliyinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər FAO ilə Azərbaycan arasında əməkdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmini və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

***

14:32

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də bildirib.

Nazir qeyd edib ki, görüşdə BMT-nin ölkəmizlə bir çox sahələrdə səmərəli əməkdaşlığının həyata keçirildiyi vurğulanıb.

"FAO ilə Azərbaycan arasında tərəfdaşlığın potensial formatı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahədə innovativ mexanizmlərin tətbiqi barədə danışdıq", - nazir qeyd edib.

Teqlər:

"Mikay\u0131l Cabbarov\u00a0FAO-nun Az\u0259rbaycandak\u0131 n\u00fcmay\u0259nd\u0259si il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər