Menyu

Azərbaycan Aİ ilə viza rejiminin sadələşdirilməsində Litvanın dəstəyinə ümid edir

Nərmin Qocamanlı
Azərbaycan Aİ ilə viza rejiminin sadələşdirilməsində Litvanın dəstəyinə ümid edir
1 dəq oxu

Azərbaycan Avropa İttifaqı ilə viza prosedurlarının asanlaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsində Litvanın dəstəyinə ümid edir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Avropa İttifaqının qaydalarına əsasən, üzv ölkələr viza siyasəti ilə bağlı müstəqil qərarlar qəbul etsələr də, ayrı-ayrı dövlətlərin mövqeyi bu prosesdə əhəmiyyətlidir.

O, Litvanın dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan vətəndaşları Avropa ölkələrinə turizm, təhsil və biznes məqsədilə çoxsaylı səfərlər edirlər. Viza prosedurlarının sadələşdirilməsi bu səfərləri asanlaşdırmaqla əlaqələrin inkişafına töhfə verə bilər.

Əlaqəli Xəbərlər