http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul edib

15 Dekabr 2023 , 16:00
İlham Əliyev BƏƏ-nin investisiya nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərin bir çox sahədə uğurla inkişaf etdiyi bildirildi, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olundu.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirildi.

Sonra sənədlərin imzalanması mərasimi oldu.

Azərbaycan İnvestisiya Holdinqi və Abu Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalandı.

Razılaşmanı Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzaladılar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalandı.

Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzaladılar.

OXŞAR XƏBƏRLƏR
Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

XƏBƏR LENTİ
  • 17:18

    Gəmilərdən tullantı və başqa predmetlər atan şəxslər üç yüz manat məbləğində cərimələnəcək
  • 17:16

    Avtomobildən bayıra tullantı atan şəxslər 200 manat cərimələnəcək
  • 16:59

    Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır
  • 16:58

    Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq
  • 16:56

    Finlandiya ilk dəfə NATO-nun nüvə təlimlərində iştirak edəcək
  • 16:50

    Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
  • 16:38

    Hakan Fidan TDT XİN rəhbərlərinin müavinləri ilə görüşüb
  • 16:29

    Bosniya və Herseqovinanın cənubunda daşqınlar 14 nəfərin həyatına son qoyub
Menyu