http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan tarixinin ən böyük beynəlxalq tədbiri COP29 ölkəyə nə verəcək?

19 Dekabr 2023 , 18:11
Azərbaycan tarixinin ən böyük beynəlxalq tədbiri COP29 ölkəyə nə verəcək?

Sonuncu dəfə Dubayda keçirilən "Conference of the Parties" iqlim dəyişikliyi ilə bağlı ən ali qurumdur. 1995-ci ildə yaradılan bu qurumun 28 konfransı baş tutub. Hər konfrans zamanı iqlim dəyişikliyi ilə bağlı verilən qərarlar və bu qərarların icrasına nəzarət müzakirə edilib. Konfransın keçiriləcəyi ölkə 198 ölkənin səsverməsi ilə seçilir.

Bu il COP29-un ev sahibliyinə namizəd olan Azərbaycan, Bolqarıstan və Ermənistan arasından Azərbaycan yekdilliklə seçildi.

“Operativ Media” xəbər verir ki, son konfransda 200-ə yaxın dövlət və hökümət başçısı və 100 mindən çox iştirakçı Dubaya səfər etdi. Bakıda keçiriləcək tədbirdə isə 80 min iştirakçının olacağı gözlənilir. Dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər, ekofəallar və digər şəxslərin iştirakı gözlənilir.

Paytaxt Bakıya ABŞ prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin kralı və əksər Avropa ölkələrinin dövlət başçılarının gələcəyi ilə bağlı artıq indidən məlumatlar var. Bu günə qədər bir çox beynəlxalq tədbirə ev sahibliyi edən Bakı üçün bu tədbirə ev sahibliyi etmək elə də çətin olmayacaq.

İlk olaraq təhlükəsizliklə bağlı hər hansısa bir problem yoxdur. Namizəd ölkələrdən fərqli olaraq Bakı terrordan və iğtişaşlardan uzaq şəhərdir. Qoşulmama Hərəkatı çərçivəsində dünyanın sülh tərəfdaşı olan bütün ölkələri ilə Azərbaycanın dostluq əlaqələri mövcuddur. 

2024 cü ilin 11-24 noyabrı üçün Bakıdakı bütün otellərin dolması gözlənilir. Xatırladaq ki, Bakının bu günə qədər ev sahibliyi etdiyi ən böyük tədbir olan Avropa Oyunlarında iştirak üçün 10 minə yaxın insan paytaxta gəlmişdi. Həmin zaman qonaqların böyük hissəsi Atletlər Kəndində yerləşdirildiyindən otellərdə tam dolu deyildi. Gələn il isə qonaq sayının 80-mindən çox olması da vəziyyəti dəyişdirməyəcək. Ehtimal olunur ki, rəsmi tədbirlərin bir neçəsi işğaldan azad olunmuş ərazilərdə təşkil edilsin. Bununla da artıq qonaqların yerləşməsində hər hansısa sıxlıq olmayacaq. 

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı da gücləndirilmiş iş rejiminə keçməklə yanaşı, bölgələrdəki hava limanları da sərnişindaşımada önəmli rol oynayacaq. Nəzərə alsaq ki, Füzuli və Zəngilan hava limanları artıq fəaliyyətdədir və bu amil də gündəlik sərnişindaşımanı asanlaşdıracaq.

COP29 tədbirində 3 mindən çox jurnalistin iştirakı gözlənilir. Tədbir müddətində konfransla yanaşı Azərbaycanla bağlı xüsusi reportajlar da dünyanın dörd bir yanında yayımlanacaq. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkənin siyasi gücü ilə yanaşı iqtisadi imkanlarını da artıracaq.

Elmin Bayramlı

OXŞAR XƏBƏRLƏR
Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

XƏBƏR LENTİ
  • 21:14

    Lənkəranda hündürlükdən yıxılan ustalardan biri ölüb, digəri xəsarət alıb
  • 20:59

    Nizami rayonunda evdə yanğın olub
  • 20:29

    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
    Azərbaycan XİN Bosniya və Herseqovinaya başsağlığı verib
  • 19:50

    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • 19:37

    SEPAH: İsrailin mümkün hücumlarına cavab olaraq neftayırma zavodlarını vuracağıq
  • 19:14

    İsveçrə Ukraynaya 6,55 milyon dollar dəyərində dağıntıların təmizlənməsi üçün avadanlıq köçürəcək
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
Menyu