11 Yanvar 2024, 11:17
Azərbaycanda niyə "WhatsApp"ın saxta versiyası (WhatsApp+) populyardır?
Azərbaycanda niyə "WhatsApp"ın saxta versiyası (WhatsApp+) populyardır? şəkil
Azərbaycanda niyə "WhatsApp"ın saxta versiyası (WhatsApp+) populyardır?

“WhatsApp”ın saxta versiyası (WhatsApp+) ölkəmizdə olduqca populyardır. Qeyri-qanuni yollarla cihazlara yüklənən bu tətbiq şəxsi məlumatların oğurlanmasına səbəb olur. Hətta bir çox şəxs “WhatsApp”ın bu forması ucbatından bank hesabındakı pullarını belə itirib. Orijinal tətbiq ilə müqayisədə saxta versiyanın bir çox üstünlüklərinin olması istifadəçiləri özünə cəlb edir.

Mövzu ilə əlaqədar İKT üzrə ekspert Elvin Abbasov “Operativ Media”ya açıqlamasında qeyd edib ki, “WhatsApp”ın servisləri ilə işləyən digər proqramlar istifadəçilərin şəxsi məlumatlarını öz xeyirlərinə istifadə edə bilirlər:

Sosial şəbəkələrdə saxta profil satanlar-İKT mütəxəssisi Elvin Abbasov  aydınlıq gətirdi

“Ümumiyyətlə, beynəlxalq səviyyədə ödənişsiz şəkildə işlənən bir məhsulun istifadəçisi ona qismən tabe olur. Çünki məlumatları müxtəlif şəkildə emal olunur və satışa buraxılır. Həmçinin “WhatsApp+” üzərindən yazışmalar aparanda bizim datalarımız onlar üçün əlçatan olur. Eyni zamanda bu versiyalarda orijinal tətbiqlərin istifadəyə vermədiyi silinən mesajları saxlama, silinən statusu görməyə davam etmə və s. kimi tərəflərin hüquqlarını pozan məqamlar var. Platformanın əsl versiyası da bu üstünlüklərdən istifadə edə bilərdi.  Lakin“WhatsApp” özü beynəlxalq hüquqa diqqət etdiyi və beynəlxalq standartlarla işlədiyi üçün şəxsin konfessional məlumatlarını və hüquqlarını qoruyur”.

Sosioloq Mail Yaqub isə bu cür saxta tətbiqlərdən istifadə edənlərdən bəhs edib.

Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız...

O bildirib ki, insanlar həmişə fərqliliyə can atmağa həvəslidirlər:

“İnsan psixologiyası ona gizli olan şeylərə maraqlıdır. “WhatsApp+”un müəyyən üstünlükləri də bu marağa təkan verir.  Amma burada ciddi bir nüans var. Əgər insanın intellektual səviyyəsi aşağıdırsa, onun düşüncə bazasında qeyri-ciddi şeylərə yer çox olur. İnsan çoxlu mütaliə edəndə isə onun beynində faydalı informasiyalar çoxalır və bu zaman onlara kiminsə yazıb sildiyi mesajı oxumaq maraqlı olmur. Mən ciddi şəkildə tövsiyə edirəm ki, insanlar mütaliəyə zaman ayırsınlar, qoy onların beynində faydalı informasiyalar dolaşsın. Psixoloqlar deyir ki, insanın işlək zehni (working memory) nə qədər boş və azad olarsa, insanın faydalı iş və ideyalar yaratmaq funksiyası o qədər artar. “WhatsApp+” və digər saxta versiyalar da bu qəbildəndir, onlar insanın zehnini zərərli informasiyalarla yükləyir”.

Son xəbərlər
Tramp Maska dövlət xidmətində qalmağı təklif edib
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə hücum edib
Ağcabədidə minik maşını traktorla toqquşub
ABŞ 7 şirkətə qarşı sanksiya tətbiq edib
Mədəniyyət Nazirliyi Rafiz İsmayılovun vəfatı ilə bağlı başsağlığı verib - YENİLƏNİB
İsrail Azərbaycandan kömək istəyib
Fərid Qayıbov III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncədə baxış keçirdi
Volqoqrad yenidən Stalinqrad adlandırıla bilər