Menyu

Azərbaycan Kuboku: "Qəbələ" "Araz-Naxçıvan"a, "Neftçi" "Sumqayıt"a qarşı

Əziz Əzizli
Azərbaycan Kuboku: "Qəbələ" "Araz-Naxçıvan"a, "Neftçi" "Sumqayıt"a qarşı

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

"Operativ Media" xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında "Qəbələ" doğma meydanda "Araz-Naxçıvan" klubunu qəbul edəcək. Tərəflər arasında baş tutan ilk matçda 1-1 hesablı heç-heçə qeydə alınmışdı.

Digər matçda isə "Neftçi" "Sumqayıt"ı qonaq edəcək. İlk matçda 3-2 hesabı ilə qalib gələn "ağ-qaralar" matça üstün başlayacaq.

Azərbaycan Kuboku

1/4 finalın cavab oyunları

9 fevral

“Qəbələ” – “Araz-Naxçıvan”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev

Qəbələ şəhər stadionu, 16:00

İlk oyun – 1:1.

“Neftçi” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı

“Neftçi Arena”, 19:00

İlk oyun – 3:2

Teqlər:

"Az\u0259rbaycan Kuboku: \"Q\u0259b\u0259l\u0259\" \"Araz-Nax\u00e7\u0131van\"a \"Neft\u00e7i\" \"Sumqay\u0131t\"a qar\u015f\u0131"

Əlaqəli Xəbərlər