Ana səhifə / İdman / Azərbaycan Kuboku: "Qəbələ" yarımfinala yüksəldi Azərbaycan Kuboku: "Qəbələ" yarımfinala yüksəldi 09.02.2024, 18:55 Əziz Əzizli Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq. "Operativ Media" xəbər verir ki, sonuncu oyun gününün ilk görüşündə “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Bu dəfə isə inamlı qələbəyə sevinən “Qəbələ” növbəti mərhələyə yüksəlib Azərbaycan Kuboku 1/4 finalın cavab oyunları 9 fevral “Qəbələ” – “Araz-Naxçıvan” 2:0 Qollar: Osama Xalayla, 39. Ürfan Abbasov, 41. Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev Qəbələ şəhər stadionu, 16:00 İlk oyun – 1:1. Teqlər: "Az\u0259rbaycan Kuboku: \"Q\u0259b\u0259l\u0259\" yar\u0131mfinala y\u00fcks\u0259ldi"