http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Qarabağ" Belarusda 5-ci oldu

10 Fevral 2024 , 21:01
"Qarabağ" Belarusda 5-ci oldu

"Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində son oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 5-ci yer uğrunda matçda Rusiyanın “Baltika” komandası ilə görüşüb.

Komandamız bu qarşılaşmada 1:0 hesabı ilə qalıb gəlib. Yeganə qola 28-ci dəqiqədə Murad Əmirxanov imza atıb. O, penaltidən dəqiq istifadə edib. Bu qələbə ilə “Qarabağ” turniri 5-ci yerdə başa vurub.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edib, Belarusun BATE komandası ilə bərabərə qalıb – 1:1. 1/4 finalda Belarus təmsilçisi ROEM-BDU ilə qolsuz heç-heçə edən “Qarabağ” penaltilər seriyasında 6:7 hesabı ilə uduzub. 5-8-ci yerlər uğrunda matçda isə komanda yerli “İsloç”a 1:0 hesabı ilə qalib gəlib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

"Sabah" Marqarita ilə yollarını ayırdı

"Sabah" Marqarita ilə yollarını ayırdı

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu