11 Fevral 2024, 13:40
Yeniyetmə taekvondoçular Türkiyədə daha 4 medal qazandı
Yeniyetmə taekvondoçular Türkiyədə daha 4 medal qazandı şəkil
Yeniyetmə taekvondoçular Türkiyədə daha 4 medal qazandı

Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatı davam edir.

"Operativ Media" xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası aktivinə daha 4 medal əldə edib.

Yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutub.

Beləliklə, baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub.

Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət milli komandası da iştirak edəcək

Son xəbərlər
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir