Azərbaycan PL: "Qarabağ" "Sabah"la sülhə razılaşdı
Əziz Əzizli
Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”la üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Bu turun “Kəpəz” – “Səbail” oyunu sabah, “Turan Tovuz” – “Qəbələ”, “Zirə” – “Sumqayıt” və “Araz-Naxçıvan” –“Neftçi” görüşləri fevralın 13-də keçiriləcək.