Menyu

"Qarabağ" yaradılacaq yeni turnirə dəvət edilib

Əziz Əzizli
"Qarabağ" yaradılacaq yeni turnirə dəvət edilib
1 dəq oxu

Avropada daha bir futbol turniri yaradıla bilər.

"Operativ Media" xəbər verir ki, Rusiya Futbolçular İttifaqının baş katibi Nikolay Qrammatikov Şərqi və Cənubi Avropa ölkələrinin klublarının iştirakı ilə vahid liqa yaradılmasını müzakirəyə çıxarıb.

Bununla bağlı artıq bir neçə ölkədən klubla əlaqə saxlanılıb. Türkiyə, Yunanıstan, Xorvatiya, Rumıniya, Azərbaycan, Serbiya və Bolqarıstan təmsilçiləri ilə təmasa keçilib. ÇSKA, “Spartak”, “Lokomotiv”, “Zenit”dən başqa, “Panatinaikos”, AEK, PAOK, Zaqreb “Dinamo”su, “Styaua”, “Partizan”, “Srvena Zvezda”, “Levski”, “Qarabağ” və “Trabzonspor”a liqaya qatılmaq istəyib-istəməmələri ilə bağlı sorğu göndərilib.

Əlaqəli Xəbərlər