Menyu

Əliyar Ağayev Yunanıstan liqasının əsas oyununu idarə etdi

Əziz Əzizli
Əliyar Ağayev Yunanıstan liqasının əsas oyununu idarə etdi
1 dəq oxu

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqasının 22-ci turunun PAOK - AEK matçını idarə edib.

"Operativ Media" xəbər verir ki, turun mərkəzi qarşılaşması 1:1 hesablı bərabərliklə başa çatıb.

Əliyar Ağayev bu görüşdə 5 sarı vərəqə göstərib. FIFA referisi meydan sahiblərini 2, qonaqları isə 3 dəfə cəzalandırıb.

22 turdan sonra 51 xal toplayan PAOK çempionatın lideridir. 49 xalı olan AEK isə 3-cü pillədə qərarlaşıb

Əlaqəli Xəbərlər