Menyu

Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq komanda sayı açıqlandı

Əziz Əzizli
Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq komanda sayı açıqlandı

Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq ölkələrin sayı müəyyənləşib.

"Operativ Media" Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, apreldə baş tutacaq yarışa maraq kifayət qədər böyükdür.

Belə ki, ev sahibi Azərbaycan millisi də daxil olmaqla, Dünya Kubokunda 46 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Andorra, Anqola, Avstraliya, Avstriya, Belçika, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Misir, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Hindistan, İsrail, İtaliya, Yaponiya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Meksika, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Çin, Polşa, Cənubi Koreya, Moldova, Rumıniya, Serbiya, Sloveniya, Cənubi Afrika, İspaniya, Tailand, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistan yığmaları Dünya Kubokunda iştirak üçün Azərbaycana gələcəklər.

Turnir aprelin 19-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Teqlər:

"Bak\u0131da ke\u00e7iril\u0259c\u0259k D\u00fcnya Kubokuna qat\u0131lacaq komanda say\u0131 a\u00e7\u0131qland\u0131"

Əlaqəli Xəbərlər