13 Fevral 2024, 06:38
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında şəkil
Azərbaycanın iki güləşçisi AÇ-nin finalında

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

"Operativ Media" xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib.

Rəşad Məmmədov (55 kq) 1/4 finalda rumıniyalı Denis Mihaydan güclü olub – 4:3. Qitə birinciliyinin debütantı yarımfinalda gürcüstanlı dünya çempionu və Avropa ikincisi Nuqzari Tsurtsumia üzərində inamlı qələbə (5:1) qazanaraq finala yüksəlib. Məmmədov həlledici görüşdə moldovalı Artium Deleanu ilə qarşılaşacaq.

Murad Məmmədov (63 kq) 1/8 finalda danimarkalı Brian Santyaqoya heç bir şans tanımayıb – 8:0. Məmmədov növbəti mərhələdə latviyalı Aleksandrs Yurkyansı məyus edib – 3:1. Murad yarımfinalda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə (3:3) üstələyərək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının finalına yüksəlib. Sumqayıt güləş məktəbinin yetirməsi həlledici görüşdə ukraynalı Oleksandr Xruşinlə qızıl medal uğrunda mübarizə aparacaq.

Sənan Süleymanov (77 kq) 1/8 finalda almaniyalı İdris İbayevi çətinlik çəkmədən (10:0) yolundan kənarlaşdırsa da, xorvatiyalı Antonio Kamenyaseviçə məğlub olub – 1:3.

İslam Abbasov (87 kq) 1/8 finalda polşalı Şimon Şimonoviçə (2:1), 1/4 finalda isə gürcüstanlı Açiko Bolkvadzeyə (6:3) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Aleksandr Komarovla (1:3) bacarmayan Abbasov bürünc medal uğrunda mübarizə aparacaq.

Beka Kandelaki (130 kq) 1/8 finalda finlandiyalı Konsta Maenpaeaeni (8:6), 1/4 finalda isə macarıstanlı Dariuş Viteki (9:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya mükafatçısı Rza Kayalpla qarşılaşan Kandelaki türkiyəli rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub və o da ümidini 3-cü yerə bağlayıb

Son xəbərlər
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub
Gədəbəydə yanğın baş verib
Rusiyada nazir müavini yol qəzası keçirib
Mövqelərimiz yenidən atəşə tutulub - YENİLƏNİB 2