Menyu

Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək

Əziz Əzizli
Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək
1 dəq oxu

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb.

"Operativ Media" xəbər verir ki, 30 aprel – 1 may tarixlərində təşkil olunacaq yarışda seçməmizlə yanaşı son dünya çempionu Rumınya, Bosniya və Hersoqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcək.

Turnirdən əvvəl komandamızın Monteneqronun Herseq Novi şəhərində bir həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub

Əlaqəli Xəbərlər