
Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulacaq.
"Operativ Media" xəbər verir ki, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" "Qəbələ" klubunu qonaq edəcək.
İkinci matç isə Zirə qəsəbəsində keçiriləcək. "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.
Günün son matçında isə "Araz-Naxçıvan" "Neftçi" ilə qarşılaşacaq.
Azərbaycan Premyer Liqası
22-ci tur
13 fevral
“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Zirə İK stadionu, 17:15.
“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
“Dalğa Arena”, 19:30.