Menyu

"Braqa" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Əziz Əzizli
"Braqa" - "Qarabağ" matçının hakimləri bəlli oldu
1 dəq oxu

Portuqaliyada “Braqa” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

"Operativ Media" xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroqa Vollenberq Rasmussen və Steffen Bramsen yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək. VAR-da niderlandlı Rob Dieperink, AVAR-da danimarkalı Yonas Hansen əyləşəcək.

Fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək

Əlaqəli Xəbərlər