13 Fevral 2024, 15:06
Oktay Derelioğlu: "Xəzər Lənkəran"da çox gözəl günlər keçirmişəm"

"Xəzər Lənləran"da çox gözəl günlər keçirmişəm.
Bunu "Operativ Media"ya açıqlamasında Türkiyə millisinin və "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Oktay Derelioğlu deyib. O, Lənkəran şəhər stadionunun təmir edilməsi xəbərinə sevindiyini bildirib.
"Lənkəran mənim üçün xüsusi bir şəhərdir. Orada çox gözəl günlər keçirmişəm. Klubun təkrar fəaliyyətə başlaması xəbəri məni çox sevindirdi. Bütün Lənkəran azarkeşlərinə hörmət və sevgilərimi bildirirəm"
Qeyd edək ki, Oktay Derelioğlu 2004/2005 mövsümündə "Xəzər Lənkəran" klubunda çıxış edib. 20 oyuna 18 qol vurmağı bacarıb.