http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qurban Qurbanov: “Bir az həyəcan var, amma bu, normaldır"

13 Fevral 2024 , 17:38
Qurban Qurbanov: “Bir az həyəcan var, amma bu, normaldır"

"Hər şey qaydasındadır. Futbolçuların hər biri oyuna yaxşı hazırlaşıb”.

"Operativ Media" əbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Braqa” ilə matç üçün Portuqaliyaya yollanarkən Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, ilk dəfə yüksəldikləri qarşılaşmadaq ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar: “Bir az həyəcan var, amma bu, normaldır. Rəqibi tanımaq üçün daha 2 günümüz var. “Braqa”nın son oyunlarında məğlub olmasının bizimlə matç üçün bir göstərici olduğuna inanmıram. Olar bilər ki, komanda son görüşdə 0:5 hesablı nəticədən sonra daha məsuliyyətli hazırlaşsın. Çünki bu, tam başqa bir turnirdir. Onlar ölkə çempionatında məğlub olsalar da, kuboku qazandılar. Hər bir oyunda fərqli motivasiya olur. Onların son qarşılaşmasını izlədim. Hesaba uyğun oyun deyildi. Hər bir halda, “Sportinq”lə görüşdə qapılarından 5 qol buraxıblar. Amma bilirik ki, onlar bizimlə oyuna tam ciddi şəkildə hazırlaşacaqlar”.

Qurbanov “Braqa”nın taktiki sxemində hər hansısa bir dəyişiklik edəcəyinə inanmadığını vurğulayıb: “Ümumilikdə orta xətdə bir az dəyişiklik ola bilər. O da rəqibdən asılıdır. Lakin onların öz oyun sistemində dəyişiklik edəcəyi inandırıcı deyil”.

“Qarabağ” da “Braqa” ilə oyunda hər hansısa ciddi dəyişiklik etməyəcək. Qurbanovun sözlərinə görə, futbolçularına bəzi əlavə tapşırıqları olacaq: “Bu, qaçılmazdır. Biz diqqətli olmalıyıq. Maksimum çalışacağıq ki, öz düşüncələrimizi meydanda yerinə yetirək. “Braqa”nın oyunçusu Simon Banzanın da böyük ehtimalla bizimlə eyni matçda heyətdə yer alması gözlənilir”.

Qeyd edək ki, “Braqa” - “Qarabağ” matçı fevralın 15-də Bakı vaxtı ilə 00:00-da start götürəcək.(idman.biz)

OXŞAR XƏBƏRLƏR
Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

Fernandu Santuş: "Azərbaycan millisinə inandığım üçün bura gəlmişəm"

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu