ÇL: "Mançester Siti" və "Real Madrid" qələbəyə sevindi
Əziz Əzizli
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.
"Operativ Media" xəbər verir ki, ilk gündə iki oyun keçirilib.
Turnirin favoritləri sayılan “Mançester Siti” ilə “Real” səfər oyununa çıxıblar. İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olub və inamlı qələbəyə sevinib.
“Real” isə Almaniyada “Leypsiq”lə qarşılaşmadan çətin qələbə ilə ayrılıb.
Bu komandalar arasında cavab oyunları martın 6-da keçiriləcək.