Klubların qış transfer pəncərəsində xərclədiyi məbləğ bəlli oldu
Əziz Əzizli
Qış transfer pəncərəsində futbol klublarının xərcləri 1,46 milyard dollara çatıb ki, bu da bütün yanvar dövrləri üçün ikinci ən yüksək göstəricidir.
"Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib.
Qeyd olunub ki, 2024-cü ilin yanvar ayında klublar tərəfindən edilən transferlərin sayı təxminən 4,7 min olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.
Fransız klubları futbolçulara ən çox pul xərcləyib. Hazırkı məbləğ (291,9 milyon ABŞ dolları - Qeyd) keçən illə müqayisədə iki dəfə çoxdur.
İngiltərə klublarının xərcləri isə il ərzində demək olar ki, 80% azalıb
Teqlər:
"Klublar\u0131n q\u0131\u015f transfer p\u0259nc\u0259r\u0259sind\u0259 x\u0259rcl\u0259diyi m\u0259bl\u0259\u011f b\u0259lli oldu"