http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Leandro Andrade: "Braqa"nı keçəcəyimizə təbii ki, inanırıq"

14 Fevral 2024 , 15:05
Leandro Andrade: "Braqa"nı keçəcəyimizə təbii ki, inanırıq"

"Qarabağ”ın futbolçusu Leandro Andrade Portuqaliyanın “abola.pt” saytına açıqlama verib.

"Operativ Media" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-offunda “Braqa”ya rəqib olduqları üçün sevindiyini gizlətməyib: “Portuqaliyada oynamış həmkarlarım “Braqa” və ya “Benfika” ilə üzləşməyimizi istəyirdilər. Çünki əla komandalardır, həmin oyunçular da ölkəmizi sevirlər. Pley-offa vəsiqə qazandıqdan sonra Portuqaliya klubuna rəqib olmağı arzuladığımı demişdim. Püşkatmadan ardından dərhal ailəmlə danışdım, onlar səfər oyunumuzda stadionda olacaqlar. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şeyə sahibəm. Belə hal tez-tez yaşanmır”.

Kabo-Verde millisinin üzvü Ağdam klubunun şanslarını dəyərləndirib: “Mərhələni adlayacağımıza təbii ki, inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. “Qarabağ”ın hər şeyini ortaya qoyacağına və hər iki matçda qələbə üçün mübarizə aparacağına söz verə bilərik. Əlbəttə, rəqibi artıq təhlil etmiş, haqqında məlumat öyrənmişik. Onların üstün cəhətlərindən və bizim yararlana biləcəyimiz şeylərdən xəbərdarıq”.

Portuqaliya əsilli Andrade rəqib komandanın heyətində çıxış edən oyunçunun pərəstişkarı olduğunu bildirib: “Braqa”ya rəqib olduqdan sonra haqqında ən çox danışdığım futboçulardan biri Joao Moutinyodur. Onunla qarşılaşacağımız üçün çox şadam. Hər ikimiz Alqarvedənik. Moutinyonun atası mənim atamın məşqçisi olub. Joaoya xüsusi bağlılığım var və yerli komanda üçün etdiklərinə görə onun pərəstişkarıyam. Onun oyununu izləyərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir təcrübədir. Yenidən evdə oynayacağım və nəyə qadir olduğumu göstərə biləcəyim üçün çox həyəcanlıyam”.

Leandro qış fasiləsində “Qalatasaray”, Çinin “Şanxay Şenxua” və Rusiya klublarından təkliflər aldığını da etiraf edib: “Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması mənim üçün xoş oldu. Bu, futbolçunun komandada özünü vacib hiss etməsinə səbəb olur. Danışıqlar uğurlu nəticələnmədi və burada qaldım. "Transfer nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”.

Qeyd edək ki, “Braqa” – “Qarabağ” oyunu fevralın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasında cavab matçı fevralın 22-də baş tutacaq

OXŞAR XƏBƏRLƏR
"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

"Tottenhem"in hücumçusu: "Komanda ruhu göstərdik"

XƏBƏR LENTİ
  • 10:59

    Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb
  • 10:49

    Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib 
  • 10:46

    Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
  • 10:23

    Havanın temperaturu iqlim normasından 1.4 dərəcə yuxarı olub - FAKTİKİ HAVA
  • 10:15

    VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
  • 10:14

    "Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi
  • 09:54

    Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
  • 09:39

    "20 Yanvar" metrostansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb
Menyu