Moldova hökuməti iqtisadiyyatın və infrastrukturun inkişafı üçün Almaniyadan 25 milyon avro məbləğində qrantı təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Moldovanın Baş nazir Dorin Recean bildirib.
"Biz Almaniya hökumətindən 25 milyon avroya yaxın qrantı təsdiqləmişik. Bu məbləğin yarısı kiçik və orta sahibkarların inkişafını stimullaşdırmaq üçün onlara veriləcək, digər yarısı isə şəhər və kəndlərdə infrastrukturun inkişafına yönəldiləcək", - məlumatda qeyd olunub.






