http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qurban Qurbanov: "Bir neçə təklif alsam da, "Qarabağ"a sadiq qaldım"

15 Fevral 2024 , 18:38
Qurban Qurbanov: "Bir neçə təklif alsam da, "Qarabağ"a sadiq qaldım"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "ojogo.pt" saytına açıqlama verib.

"Operativ Media" xəbər verir ki, 52 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində səfərdə "Braqa"ya qarşı keçirəcəkləri matçdan əvvəl rəqib haqda xoş fikirlər səsləndirib: "Braqa"nın son illərdə xeyli inkişaf etdiyini bilirəm. Rəqib sürətli, parlaq və cəlbedici futbol nümayiş etdirir. Texniki cəhətdən çox yaxşıdırlar. Hər iki oyunun azarkeşlər üçün möhtəşəm alınacağına şübhə etmirəm".

Bu mərhələdə ilk dəfə çıxış edəcəklərini xatırladan baş məşqçi bunun komandaya yeni təcrübə qazandıracağını vurğulayıb: "Avropa Liqasının pley-offunda olmaq fantastikadır, bizə təcrübə qazandırır. "Braqa" cəlbedici futbol sərgiləyir, bu oyun üslubunu bəyənirəm. Rəqibin heyətində matçın taleyini dəyişə biləcək futbolçular var. Azərbaycan futbolunun nüfuzunu artırmaq imkanından istifadə etməliyik. Bu, idmandır, hər şey ola bilər. Komandama güvənirəm”.

Q.Qurbanov "Qarabağ"ın uğurunda futbolçuların rolundan danışıb: "2008-ci bu klub indikindən xeyli fərqlənirdi. Burada uzun müddət işləmək və rəhbərliklə gözəl münasibət qurmaq mənə qismət oldu. Gələcəklə bağlı plan hazırladıq və ildən-ilə inkişaf etdik. Baş məşqçi üçün uğur qazanmaq çətin olur. Mən çox danışa, düşünə, başqalarından nəsə öyrənə bilərəm. Amma işi görən meydandakı futbolçulardır. Hər şey onlardan asılıdır".

Mütəxəssis "tiki-taka" (dəqiq və qısa öturmələrdən ibarət oyun üslubu) sisteminin komandası üçün vacibliyindən söz açıb: "Stabil nəticələr üçün bu sistem bizim üçün vacib idi. Sevindirici haldır ki, bu oyun üslubuna uyğun gələn yaxşı oyunçular tapa bildik. Yaxşı oyun göstərmək istəyirsənsə, sürətli və dəqiq ötürmələr verməlisən. Əks halda hədəflərə çatmaq, istədiyin oyunu nümayiş etdirmək çətindir. Bu gün vəziyyət dəyişib və biz artıq “tiki-taka” sistemindən 100 faiz istifadə etmirik. Müasir futbolun tələblərinə uyğunlaşmağa çalışırıq".

Baş məşqçi Ağdam klubunda qalmaqla doğru qərar verdiyini deyib: "Bir neçə təklif alsam da, "Qarabağ"dakı işimə böyük dəyər verdiyim üçün bu komandaya sadiq qaldım. Təkliflərdən imtina etməyimin düzgün qərar olduğunu düşünürəm. "Qarabağ" Avropada ciddi işlər görüb, ölkəmizi yüksək səviyyədə təmsil edib. Başqa klublarımızın da bu uğura nail olacağına ümid edirəm. "Qarabağ"ı Azərbaycan futbolundan ayırmaq istəmirəm. Çempionatda rəqabətədavamlı olmaqla bizə kömək edən başqa klublarımız da var. Onlar bizi daha böyük enerji və istəklə oynamağa məcbur edirlər, bu da bizi güclü edir".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

XƏBƏR LENTİ
  • 13:31

    İranın Ali Rəhbəri təhlükəsiz əraziyə təxliyə edilib
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
Menyu