http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub

15 Fevral 2024 , 20:41
Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 10-cu dəfə Avropa çempionu olub.

"Operativ Media" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.

Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.

Bu gün yığmamızın digər üzvü Alyona Kolesnik (59 kq) də həlledici görüşə çıxacaq. O, finalda Alina Filipoviçin (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb. Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.//Report//

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

XƏBƏR LENTİ
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
  • 11:32

    FHN: 28 yanğına çıxış olub, 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib
Menyu