Ana səhifə / İdman / Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu oldu Azərbaycanın daha 2 güləşçisi Avropa çempionu oldu 15.02.2024, 21:44 Əziz Əzizli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. "Operativ Media" xəbər verir ki, bu gün Azərbaycanın daha iki güləşçisi final görüşünə çıxıb. 50 kq-da mübarizə aparan Mariya Stadnik finalda türkiyəli Evin Demirhana "tuş"la qalib gələrək 10-cu dəfə Avropa çempionu olub. Alyona Kolesnik (59 k) isə finalda Alina Filipoviçlə (Ukrayna) üz-üzə gəlib. Qarşılaşma Kolesnikin qələbəsi ilə başa çatıb. Teqlər: "Az\u0259rbaycan\u0131n daha 2 g\u00fcl\u0259\u015f\u00e7isi Avropa \u00e7empionu oldu"