http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qurban Qurbanov: "Cütün taleyi hələlik həll olunmayıb"

16 Fevral 2024 , 07:32
Qurban Qurbanov: "Cütün taleyi hələlik həll olunmayıb"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.

"Operativ Media" xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında çox ciddi rəqibə qarşı oynadıqlarını bildirib:

“Futbolçuları təbrik edirəm, çox əziyyət çəkdilər. Rəqibin sürətli oyunçuları var. Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilirlər. Ona görə cavab matçında daha məsuliyyətli olmalıyıq”.

Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib: “Bizim də xeyli təcrübəmiz var. İnanırdıq. Bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. Bu gün oyunumuz pis alınmadı. Amma cütün taleyi hələlik həll olunmayıb. Şanslar bərabərdir. Belə turnirlərdə böyük geridönüşlər görmüşük. Daha soyuqqanlı olmalıyıq”.

Cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

Azərbaycan PL: "Zirə" Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qarşı

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

"Traktor" səfərdə qalib gələrək liderliyə yüksəldi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

Azərbaycan PL: "Araz-Naxçıvan" "Səbail"i məğlub etdi

XƏBƏR LENTİ
  • 13:16

    Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq
  • 12:55

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir
  • 12:40

    Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur
  • 12:37

    İsrail ordusu "Hizbullah" liderinin ölümünü təsdiqləyib
  • 12:34

    Rusiya və İran XİN başçıları görüşüb
  • 12:20

    Sumqayıtdakı restoranda yanğın söndürülüb
  • 11:59

    Sabah hava yağmursuz keçəcək
  • 11:32

    FHN: 28 yanğına çıxış olub, 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib
Menyu