16 Fevral 2024, 10:11
"Braqa"nın kapitanı: "Qarabağ" üstümüzdən tank kimi keçdi "

“Braqa”nın kapitanı Abel Ruiz “Qarabağ”a 2:4 uduzduqları oyundan danışıb.
"Operativ Media" xəbər verir ki, Abel Ruiz cavab oyununa yaxşı hazırlaşmalı olduqlarını bildirib
“Etiraf edək ki, bu gün bizim günümüz deyildi. Növbəti məşqdə çalışıb bunu tərsinə çevirməliyik. İstədiyimiz nəticə olmadı. Qarabağ üstümüzdən tank kimi keçdi. Əvvəlcə diqqətimizi çox vacib oyun olan çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər oyunu haqda düşünəcəyik”.
Qeyd edək ki, "Braqa" ilə cavab oyunu febralın 22-də keçiriləcək.