Menyu

“Cashback” bankların müştəri cəlb etmək siyasətlərindən biridir" - EKSPERT

Nərmin Qocamanlı
“Cashback” bankların müştəri cəlb etmək siyasətlərindən biridir" - EKSPERT

Bir neçə gündür bankların keşbek faizlərini azaltması və hətta ləğv edəcəyi barədə müzakirələr gündəmdədir.

"Operativ Media" xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov “Cashback” haqqında öz feysbuk hesabında paylaşım edib.

O bildirib ki, keşbek bank sektorlarının müştəri cəlb etmək üçün üsullarından biridir:

eldeniz_amirov_240623_(1).jpg

"Bəzi restoranlar müştərini qazanmaq üçün yeməkdən sonra hesabı ödəyən müştəriyə pulsuz çay, bəzi restoranlar isə müştəriyə “bu restoranın sizə hədiyyəsidir” –deyə süfrəyə pulsuz desert, qutab və s. qoyur. Bank sektorunda isə müştəri qazanmaq üçün saysız-hesabsız texnologiyalardan biri də “Cashback” siyasətidir. Hansısa restoran həmişə müştəriyə sonda pulsuz çay verməyə borclu olmadığı kimi, banklar da “Cashback” sevincini müştərilərə əbəbi yaşatmağa borclu deyil. Müəyyən hədəflərdən sonra bank yanaşmanı dəyişərək geri dönüş faizini azalda və ya ləğv edə bilər. Buna görə də bir kommersiya təşkilatının xidmətlərindən uzunmüddətli dövr ərzində istifadə etməyə qərar verən zaman diqqəti belə kiçik “tələ mükafatları”na yox, daha strateji məqamlara yönəltmək lazımdır".

Teqlər:

"\u201cCashback\u201d banklar\u0131n m\u00fc\u015ft\u0259ri c\u0259lb etm\u0259k siyas\u0259tl\u0259rind\u0259n biridir\" - EKSPERT"

Əlaqəli Xəbərlər