http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Yevlax Pilot Aqroparka 100 milyon manatdan çox özəl investisiyanın qoyulması planlaşdırılır

16 Fevral 2024 , 12:38
Yevlax Pilot Aqroparka 100 milyon manatdan çox özəl investisiyanın qoyulması planlaşdırılır

Yevlax Pilot Aqroparka 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

O qeyd edib ki, aqroparkda indiyədək ümumi ərazisi 1882 hektar təşkil edən 33 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

“33 sahibkarlıq subyekti tərəfindən Yevlax Pilot Aqroparkında ümumilikdə 51 milyon manatdan artıq investisiyanın qoyulması, 305 daimi iş yerinin yaradılması nəzərdə tutulur. 2023-cü il ərzində aqroparkın 8 rezidenti tərəfindən 868 hektar sahədə əkin işləri aparılıb. Əkin sahələrinin 687 hektarı birillik əkinlər, 159 hektarı intensiv meyvə bağları, 12 hektarı tərəvəzçilik təsərrüfatı və 10 hektarı isə tingçilik təsərrüfatıdır. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur. Eyni zamanda, Sabirabad Pilot Aqroparkda indiyədək 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən aqroparka 60 milyon manatdan çox özəl investisiyanın qoyulması, 260 daimi, 1000-dən artıq mövsümü iş yerinin yaradılması planlaşdırılır”, - deyə Seymur Adıgözəlov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu