16 Fevral 2024, 12:20
İZİA sədri: Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların istehsalı layihəsi həyata keçiriləcək
İZİA sədri: Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların istehsalı layihəsi həyata keçiriləcək şəkil
İZİA sədri: Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların istehsalı layihəsi həyata keçiriləcək

Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların istehsalı layihəsi həyata keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

"Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq. Bununla yanaşı, alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək. Bu hədəfin gələcəkdə digər sənaye zonalarında, əsasən də, Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır. Sənaye parklarının rezidentləri tərəfindən istehlak olunan elektrik enerjisinin bir hissəsinin günəş enerjisi hesabına təmin olunması nəzərdə tutulub", - deyə S.Adıgözəlov qeyd edib.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi