http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Ötən il ixrac məqsədilə idxal edilən malların dəyəri 85% artıb

16 Fevral 2024 , 14:52
Ötən il ixrac məqsədilə idxal edilən malların dəyəri 85% artıb

Ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal gömrük proseduru üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib.

Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanda həyata keçirilən daxildə emal xüsusi gömrük proseduru müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir. Emal əməliyyatları dedikdə, malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür. Ölkəmizdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi əsasən, iki istiqamətdə - təmir və emal məqsədilə həyata keçirilir. Prosedur emal və xidmət sektorunun inkişafına, ixrac fəaliyyətinin stimullaşdırılması məqsədilə tətbiq olunur.

Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına indiyədək bir sıra dəyişikliklər edilib. Dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı-satqı müqaviləsi əsasında da istənilən ölkədən xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya ixrac etmək imkanı əldə edib. Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib.

Sahibkarlıq subyektlərinin prosedur üzrə müraciətlərinin təhlili göstərir ki, 2022-ci ilin may ayında təminat tələbinin məcburiliyinin aradan qaldırılmasından sonra prosedurdan daha aktiv istifadə edilməyə başlanılıb. Eyni zamanda, 2023-cü ilin aprel ayında alqı-satqı müqaviləsi əsasında da prosedurdan istifadə imkanının yaradılmasından sonra yeni müəssisələr prosesə qoşulub.

Sahibkarlar prosedur üçün Dövlət Gömrük Komitəsinə birbaşa və ya müvafiq yerli orqanlar vasitəsilə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu