http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycana gətirilən avtomobillərin dəyəri niyə artıb? - AÇIQLAMA

16 Fevral 2024 , 16:02
Azərbaycana gətirilən avtomobillərin dəyəri niyə artıb? - AÇIQLAMA

Bu ilin yanvar ayında Azərbaycan 113,4 milyon ABŞ dolları dəyərində 6 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 10 faiz azdır.

Bəs Azərbaycanda avtomobil idxalının azalmasının səbəbi nədir?

Bu barədə iqtisadçı ekspert Xalid Kərimli "Operativ Media"ya bildirib ki, keçən ilə görə düşmə olsa da, 2022-ci ilə nəzərən artma müşahidə olunub:

ocr

"2022-ci ildə 5685 ədəd avtomobil gətirilib, ümumi 68 milyon dollar da qiyməti olub. 2023-ə görə isə nisbətən azalma var.  Düzü, bir ayın statistikası çox şey izah etmir, məsələləri tam başa düşmək üçün gərək bir neçə ay olsun. Ola bilər ki, dekabr ayında daha çox mal yola çıxıb, yəni gələn malların hamısı dərhal satışa getmir, müəyyən sərgilərdə də qala bilər. Ona görə də bunu aydan-aya müqayisə etmək çox doğru nəticələr vermir. Ən azından 3, yaxud 6 aylıq nəticələrin müqayisəsindən tələbatın artması və ya azalması ilə bağlı fikir formalaşdırmaq daha məqsədəuyğundur".

İqtisadçı ekspert vurğulayıb ki, ötən illərlə müqayisədə öllkəyə gətirilən avtomobillərin dəyəri artıb:

"2022-ci ilin yanvarında ölkəyə gətirilən bir maşının orta dəyəri təqribən 12 000 dollar idisə, 2023-cü ilin yanvarında bu dəyər 14 913 dollar olub. 2024-cü ilin yanvarında isə bir avtomobilin orta dəyəri 18 320 dollara qalxıb. Mənim diqqətimi əsas cəlb edən budur ki, getdikcə insanlar daha bahalı maşınlar alırlar. Bunun da əsas səbəblərindən biri məhz hökumətin qoyduğu 10 illik məhdudiyyət məsələsidir. Çünki artıq insanlar istehsalı 2014-cü ildən əvvəl olan maşınları gətirə bilmirlər. İkincisi, elektrikli və hibrid mühərrikli avtomobillərdir ki, onlara da vergi və gömrük güzəştləri tətbiq edilir. Ümumiyyətlə, yaşı üç il olan maşınlara ciddi güzəştlər var, demək olar ki, vergi və gömrük rüsumu olmur. Həm də nəzərə alsaq ki, bu maşınlar yeni nəsil hesab olunur deyə onlara marağın artmasının da burada rolu var. Bu cür avtomobillər bazarda özlərinə asanlıqla yer tapırlar. Eyni zamanda bu növ avtomobillər ekoloji təhlükəsizlik baxımından daha yaxşı seçim hesab olunur".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu