http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycan və Oman arasında ikiqat vergitutma aradan qaldırılır

16 Fevral 2024 , 17:05
Azərbaycan və Oman arasında ikiqat vergitutma  aradan qaldırılır

Omanın paytaxtı Məsqətdə “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib.

Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, danışıqlar prosesində qurumun ekspertləri, Maliyyə Nazirliyinin nümayəndəsi və Omanın Vergi İdarəsinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələrdə Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbən rəisi Elkin Məmmədov Sazişin iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaradacağını, məlumat mübadiləs və vergi borclarının yığılmasında effektiv alətlərin formalaşması, eləcə də qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı əksər müddəaları üzrə razılıq əldə olunub. Açıq qalan digər maddələrin növbəti danışıqlar zamanı razılaşdırılması istiqamətində işlərin aparılacağı vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu