Menyu

"Qarabağ"da yeni təyinat baş tutub

Əziz Əzizli
"Qarabağ"da yeni təyinat baş tutub
1 dəq oxu

“Qarabağ”da yeni təyinat rəsmiləşib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Nail Kərimov "atlılar"ın futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Əlaqəli Xəbərlər