17 Fevral 2024, 23:58
"Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
"Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib şəkil
"Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

Reytinq Azərbaycanın çox güclü xarici balansı, eyni qrupa daxil olan ölkələr arasında ən aşağı dövlət borcu və suveren fondunun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

"Operativ Media" xəbər verir ki, "Fitch" qeyd edir ki, 2023-cü ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 14,8 təşkil edib ki, bu, eyni qrupa olan ölkələr arasında ən yüksək göstəricidir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, yaxın illərdə bu göstərici yüksək səviyyədə qalacağı gözlənilir.

2023-cü ildə ölkənin xarici valyuta aktivləri 69,8 milyard dollara çatıb və bunun 80 faizi SOFAZ-ın payına düşüb ki, bu, Fondun investisiya portfelinin rekord səviyyədə gəlirliliyini əks etdirir.

Azərbaycanın xalis suveren aktiv mövqeyi 2024-2025-ci illərdə sabit qalacağı proqnozlaşdırılır ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb