Menyu

"Real Madrid" Mbappe ilə razılıq əldə etdi

Əziz Əzizli
"Real Madrid" Mbappe ilə razılıq əldə etdi

PSJ-nin bütün israrlarına və yüksək maaş təklifinə baxmayaraq, Kilian Mbappenin Real Madridə üstünlük verdiyi iddia edilir.

"Operativ Media" "Marca" nəşrinə istinadən xəbər verir ki, Mbappe "Real Madrid" ilə razılığa gəlib. Fransız ulduz yay transfer dövründə kral klubu ilə rəsmi müqavilə imzalayacaq.

Xəbərdə "Real Madrid"in bazar dəyəri 180 milyon avro olaraq göstərilən Mbappe ilə 5 illik müqavilə imzalayacağı da bildirilib.

Kilyan Mbappe PSJ forması ilə indiyədək 291 matçda meydana çıxıb. 25 yaşlı futbolçu bu matçlarda 244 qol vurub, 105 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Real Madrid\" Mbappe il\u0259 raz\u0131l\u0131q \u0259ld\u0259 etdi"

Əlaqəli Xəbərlər