Daha bir MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib
Nərmin Qocamanlı
"Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də bildirib.
O, qeyd edib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində sement və beton qatqıların istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 35 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Teqlər:
"Daha bir MMC-y\u0259 A\u011fdam S\u0259naye Park\u0131n\u0131n rezidenti statusu verilib"