"Qalatasaray"ın "Ankaragücü"nə 3:0 hesabı ilə qalib gəlməsi ilə "sarı-qırmızılılar"ın çalışdırıcısı Okan Buruk tarixi uğura imza atıb.
Okan Buruk "Qalatasaray"ın başında keçirdiyi 1,5 mövsümdə 50 qələbə, 7 heç-heçə və 5 məğlubiyyətlə Fatih Terimi geridə qoyub. Təcrübəli çalışdırıcı 62 matçda 50 qələbə qazanaraq, 70 matçda buna nail olan Fatih Terimin rekordunu qırıb.
Türkiyə Super Liqasında ən tez 50 qələbə qazanan 5 məşqçi aşağıdakılardır:
Okan Buruk - 62 matç
Fatih Terim - 70 matç
Kristof Daum - 71 matç
İsmail Kartal - 71 matç
Şenol Güneş - 71 matç
Teqlər:
"Okan Buruk Fatih Terimin tarixi rekordunu q\u0131rd\u0131"