Menyu

"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli oldu

Əziz Əzizli
"Qarabağ" - "Braqa" oyununun hakimləri bəlli oldu

Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar bəlli olub.

"Operativ Media" xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Georgi Kabakova,Martin Marqaritov və Diyan Valkov yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək.

VAR-da İvaylo Stoyanov, AVAR-da Draqomir Draqanov yer alacaqlar. Hakim-inspektor funksiyasını finlandiyalı Petteri Kari yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 4:2.

Teqlər:

"\"Qaraba\u011f\" - \"Braqa\" oyununun hakiml\u0259ri b\u0259lli oldu"

Əlaqəli Xəbərlər