Menyu

Azərbaycan və BƏƏ Maliyyə Nazirlikləri arasında Anlaşma Memorandumu təsdiq edilib

Nərmin Qocamanlı
Azərbaycan və BƏƏ Maliyyə Nazirlikləri arasında Anlaşma Memorandumu təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.

"Operativ Media" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış Memorandum qüvvəyə mindikdən sonra Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərməlidir.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 B\u018f\u018f Maliyy\u0259 Nazirlikl\u0259ri aras\u0131nda Anla\u015fma Memorandumu t\u0259sdiq edilib"

Əlaqəli Xəbərlər