Menyu

ÇL: "İnter" ilk oyunda qələbə qazandı

Əziz Əzizli
ÇL: "İnter" ilk oyunda qələbə qazandı

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

“İnter”i doğma meydanda Madrid “Atletiko”su ilə üz-üzə gəlib və tək qolla qalib gəlib.

PSV isə Dortmund “Borussiya”sı ilə ev oyunundan heç-heçə ilə ayrılıb.

Bu cütlərdə cavab matçları martın 14-də keçiriləcək.

“Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) matçları sabah keçiriləcək.

Çempionlar Liqası

1/8 finalın ilk oyunları

20 fevral

İnter (İtaliya) – Atletiko (İspaniya) 1:0

Qol: Arnautoviç, 79.

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Milan. “Cüzeppe Meatsa” stadionu.

PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya) 1:1

Qollar: De Yonq, 56-pen – Malen, 24.

Baş hakim: Sergey Yovanoviç (Serbiya).

Eyndhoven. “Filips” stadionu

Teqlər:

"\u00c7L: \"\u0130nter\" ilk oyunda q\u0259l\u0259b\u0259 qazand\u0131"

Əlaqəli Xəbərlər