Menyu

Azərbaycan parataekvondoçuları Prezident kubokunda 3 medal qazandı

Əziz Əzizli
Azərbaycan parataekvondoçuları Prezident kubokunda 3 medal qazandı
1 dəq oxu

İranın paytaxtı Tehranda parataekvondo üzrə Dünya Taekvondosunun Prezidentinin kuboku keçirilib.

"Operativ Media" xəbər verir ki, yarışda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qüvvəsini sınayan Azərbaycan milli komandası 3 medal qazanıb.

Yığmanın heyətində İmaməddin Xəlilov (70 kq) gümüş mükafata sahib olub. Sabir Zeynalov (58 kq) və Şahmar Quliyev (+80 kq) isə bürünc medala yiyələnib.

Parataekvondoçular K-44 kateqoriyasında mübarizə aparıblar

Əlaqəli Xəbərlər