21 Fevral 2024, 10:10
Azərbaycan və ABŞ yaşıl enerji ixracını müzakirə edib
Energetika naziri Pərviz Şahbazov Ağ Evdə ABŞ Prezidentinin xüsusi məsələlər üzrə köməkçisi, Milli Təhlükəsizlik Şurasının iqlim və enerji üzrə baş direktoru Sarah Ladislav ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə P. Şahbazov "X"də bildirib.
Görüşdə CQD-in inkişafı, Avropaya qaz tədarükünün artırılması, yaşıl enerji ixracı, metan emissiyalarının azaldılmasını müzakirə etdik.