http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi ilə görüşüb - YENİLƏNİB

21 Fevral 2024 , 11:57
Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi ilə görüşüb - YENİLƏNİB

Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşüb.

Azərbaycan ABŞ ilə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı, təbii qaz və “yaşıl enerji”nin tədarükü, həmçinin COP29-la bağlı məsələləri müzakirə edib.

"Operativ Media" xəbər verir ki, bu müzakirələr Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə keçirilən görüşdə aparılıb.

Söhbət zamanı enerji saxlanc sistemləri, emissiyaların azaldılması və Azərbaycanın COP çərçivəsində təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, mümkün tərəfdaşlıq formaları nəzərdən keçirilib.

Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” “yaşıl enerji” dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb. Bu dəhlizlərin əhəmiyyəti regionlararası inteqrasiya, enerji təhlükəsizliyi və enerji keçidi aspektində dəyərləndirilib.

Həmçinin COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın bərpa olunan enerji və enerji keçidi istiqamətlərində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səylərindən danışılıb. 2027-ci ilədək 2 QVt “yaşıl enerji” istehsal güclərinin enerji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 33%-ə çatacağı qeyd edilib. Ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası, azad edilmiş ərazilər və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsinin “yaşıl enerji” keçidini təşviq etdiyi qeyd edilib.

***

10:23

Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X"də bildirib.

"Vaşinqtonda ABŞ Enerji Departamentinin katibi Cennifer Qranholm ilə müasir çağırışlara uyğun ikitərəfli enerji əməkdaşlığı gündəliyimizi yeniləyən müzakirələrimiz oldu. Azərbaycan -ABŞ enerji tərəfdaşlığını yaşıl enerji dəhlizlərinin inkişafı müstəvisində dəyərləndirdik", - nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Türkiyə Prezidenti ABŞ-yə səfər edib

Türkiyə Prezidenti ABŞ-yə səfər edib

Putin Paşinyanı təbrik edib

Putin Paşinyanı təbrik edib

Azərbaycan XİN Maltanı təbrik edib

Azərbaycan XİN Maltanı təbrik edib

XƏBƏR LENTİ
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
  • 16:15

    Putin Paşinyanı təbrik edib
  • 15:40

    Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
  • 15:05

    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
Menyu