21 Fevral 2024, 16:12
Azərbaycan millisinin oyunlarının başlama vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, 26-da isə Ukrayna yığmasına qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
“Azərsun Arena”da təşkil olunacaq hər iki oyun saat 16:00-da başlayacaq.