http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

İqtisadiyyat Nazirliyində daxildə emal xüsusi gömrük proseduru ilə bağlı görüş keçirilib

21 Fevral 2024 , 17:45
İqtisadiyyat Nazirliyində daxildə emal xüsusi gömrük proseduru ilə bağlı görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na dair sahibkarlarla görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə İqitisadiyyat Nazirliyi məlumat yayıb.

30-dək ixracatçının və iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Dövlət Gömrük Komitəsinin sədr müavini Bəhruz Quliyev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə daxildə emal xüsusi gömrük proseduru haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, daxildə emal gömrük proseduru altında yerləşdirilən malların dəyərində ildən-ilə artım baş verib. 2023-cü ildə 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. Bu prosedur qeyri-neft ixracının artırılmasına mühüm töhfə verir.

Görüşdə sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, daxildə emal müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur. Azərbaycanda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmir və emal məqsədilə həyata keçirilir. Bu da öz növbəsində emal və xidmət sektorunun inkişafı, ixrac fəaliyyətinin stimullaşdırılmasına şərait yaradır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
Menyu