Ana səhifə / İdman / ÇL: "Arsenal" məğlub qayıdır ÇL: "Arsenal" məğlub qayıdır 22.02.2024, 06:47 Əziz Əzizli Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları yekunlaşıb. "Operativ Media" xəbər verir ki, bu gün daha 2 görüş baş tutub. London “Arsenal”sı “Portu”nun qonağı olub. Bu oyunda meydan sahibləri son dəqiqə qolu ilə qələbə qazanıblar. “Napoli” ilə “Barselona” arasındakı qarşılaşmada isə tərəflər hərəyə 1 qolla kifayətləniblər. Bu cütlərdə cavab matçları martın 12-də keçiriləcək. UEFA Çempionlar Liqası 1/8 finalın ilk oyunları 21 fevral “Portu” (Portuqaliya) – “Arsenal” (İngiltərə) 1:0 Qol: Qaleno, 90+4. Baş hakim: Sərdar Gözübüyük (Niderland). Portu. “Draqao” stadionu. “Napoli” (İtaliya) – “Barselona” (İspaniya) 1:1 Qollar: Osimhen, 75 – Levandovski, 60. Baş hakim: Feliks Svayer (Almaniya). “Dieqo Armando Maradona” stadionu Teqlər: "\u00c7L: \"Arsenal\" m\u0259\u011flub qay\u0131d\u0131r"