Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu mərhələdəki rəqibi Portuqaliya “Braqa”sı ilə cavab oyununa çıxacaq.
Ağdam klubu bir həftə öncə səfərdə baş tutan ilk oyunda bu rəqibinə 4:2 hesabıyla qalib gəlib. Rəqib güclü və iddialı olsa da, Azərbaycan təmsilçisi bu üstünlüyünü qorumaqla növbəti tarixi uğura imza atmağa çox yaxındır.